Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"

15:03 08-04-2024 | icon 577
Elvin Məmmədov:

Ötən həftə AFFA-da seçkilər gerçəkləşdi. Futbol camiyası yeni Prezidentin seçilməsi və rəhbərliyin yenilənməsinin ölkə futboluna xeyir verəcəyi qənaətindədi. Yığmamızın və "Qarabağ"ın sabiq üzvü Elvin Məmmədov da Azeripress.az saytına açıqlamasında mövzu ilə bağlı bunları deyib:

"AFFA-da seçkilər və yeni rəhbərliyin gəlişini müsbət qiymətləndirirəm. İnanır və ümid edirəm ki, yaxın gələcəkdə futbolumuzu inkişafı naminə yeni layihələr, proqramlar həyata keçiriləcək. Federasiyada dəyişiklik ölkə futbolumuzda yeni səhifə açacağını düşünürəm. Odur ki, yeni seçilən prezidentə, onun köməkçilərinə və futbolumuza təkan verəcək şəxslərin hamısına uğurlar arzu edirəm".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.23485589027405