Lənkəran İcra Hakimiyyətində yeni - Təyinatlar
Lənkəran Şəhər İcra Hakimiyyəti aparatına yeni təyinatlar olub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub.
Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyin olunub və kollektivə təqdim ediliblər.
Qeyd edək ki, hər iki şəxs bu vəzifəyə qədər Lənkəran ŞİH başçısı aparatında məsul vəzifələrdə çalışıblar. M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində fəaliyyət göstəriblər.
Xatırladaq ki, Lənkəranın icra başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev bu ilin fevralında vəzifəsindən azad olunub.
Fotoda Mikayıl Cəfərzadə
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...