Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?

16:45 08-04-2024 | icon 782
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?

O, qardaşının Agentlik rəhbəriliyinə gətirilməsilə paralel klub rəhbərliyindən federasiya rəhbərliyinə yüksəlib.

Azərbaycanda vəzifəli şəxslərin yaxın qohumlarının müxtəlif vəzifələrə gətirilməsi və iştirak etdiyi sektorlarda sürətlə irəliləməsi ənənə halına çevrilib.

Adətən, bu şəxslərin kimliyinə dair detallar qapalı saxlanılır.


Aprelin 2-də ölkə futbolunun inkişafına yeni nəfəs verməyi vəd edən AFFA-nın təzələnmiş İcraiyyə Komitəsinin üzvləri müəyyənləşib.

Üzvlər arasında bir yeni sima da var: Maqsud Adıgözəlov.

Gələcək illərdə Azərbaycan futbolunda əsas söz sahiblərindən biri olacaq Maqsud Adıgözəlov “Sabah” Futbol Klubunun prezidenti, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlovun qardaşıdır.

Seymur Adıgözəlov 2023-cü il mayın 22-dək “Paşa Holdinq”ə məxsus “Food City Agropark” MMC-nin baş icraçı direktoru olub.


Agentlik rəhbərinin qardaşı, AFFA-nın İcraiyyə Komitəsinin yeni üzvü Maqsud Adıgözəlov həm də 2023-cü ildən Azərbaycan Klublar Komitəsinin sədridir. Onun AFFA-nın İcraiyyə Komitəsinə namizədliyini “Sabah” Futbol Klubu verib.

Rəsmi dövlət reyestrindəki məlumatlardan aydın olur ki, Maqsud Adıgözəlov həm də “Sabah” Futbol Klubunun qanuni təmsilçisidir.

Seymur Adıgözəlovun qardaşının futbol sahəsində karyera pillələrilə irəliləməsində hansı rolu oynadığı aydın olmasa da, hadisələrin eyni zaman kəsiyndə təsadüf etməsi bu barədə düşünməyə əsas verir.

Adıgözəlovlardan birinin dövlət agentliyi rəhbərliyinə, digərinin isə AFFA-ya gətirilməsi arasında vaxt fərqi qardaşların arasında olan 1 illik yaş fərqindən də qısa çəkib.


Digər xəbərlər

0.23185801506042