"Komandama güvənirəm"

22:16 08-04-2024 | icon 899

Ötən həftə Region Liqasında 1/8 mərhələsinin ilk pley-off oyunları keçirildi. Çempionluğa iddialılardan biri "Çinar-Zəngilan" doğma meydanda debütant "Lənkəran FK"ın müqavimətini qıra bilməyib və görüş 2:2 hesabıyla başa çatıb. Zəngilan təmsilçisinin baş məşqçisi Anar Dünyamalıyev Azeripress.az saytına matçla bağlı bunları dedi:

"Rəqibi tanımırdıq. Ona görə də onlarla çəkingən futbol oynadıq. Buna rəğmən qələbəyə köklənmişdik. İrəli atılıb qollar vurub hesabda öndə olsaq da, nəticəni qoruya bilmədik. Buna təəssüflənsək də, artıq bu oyunu unudub cavab matçına köklənməliyik. Komandama güvənirəm"

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.23856902122498