Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"

13:51 15-04-2024 | icon 234
Rüstəm Əhmədzadə:

Rüstəm Əhmədzadə "Zirə"yə cəlb olunanda ona böyük ümidlər bəslənilirdi. Yığmamızın da üzvü olan oyunçu ötən mövsümü pis keçirmədi. Cari futbol ilində isə onun işləri yaxşı getmədi. "11 nömrə" zədəyə görə kənarda çox qaldı. Yalnız 29-cu turda "Qəbələ"ylə oyunda Rüstəm 15 dəqiqə şans qazandı.

Azeripress.az saytı olaraq futbolçunun sıraya dönməsiylə bağlı fikirini öyrəndik:

"Xeyli vaxt idi zədəyə görə çox kənarda qaldım. Sağalmağım və formamı bərpa etmək vaxt apardı. Sevindirici haldı ki, artıq tam sağalmışam. Ötən turda "Qəbələ"ylə oyunda 15 dəqiqə şans qazandım. Mənə etibar etdiyinə görə baş məşqçimizə təşəkkür edirəm. Qadşıdakı oyunlara yaxşı hazırlaşıb daha çox şans qazanıb komandama fayda vermək istəyirəm".

"Qartallar"ın "11 nömrə"si bu mövsüm uğur mükafatçılar sırasında yer alacaqlarına inanır:

"Hazırda komandamız yaxşı performans sərgiləyir. Son 3 oyunda ardıcıl qələbələr qazanmışıq. Ötən turda "Qəbələ"ni 4:0 məğlub etdik. Bizə lazım olan rels üzərinə irəliləyirik. Amma bu hələ hər şey deyil. Daha da yaxşı çıxış etməliyik. Hazırda turnir cədvəlində 2-ci pillədəyik və kubokda da mübarizəmiz davam edir. Həm Premyer Liqada, həm də kubokda mükafatçılar sırasında yer alsaq bu mövsüm böyük uğur olardı. Bunun üçün sona qədər mübarizə aparacağıq".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.22410798072815