Millimizə 20 futbolçu dəvət olundu

14:26 16-04-2024 | icon 177
Millimizə 20 futbolçu dəvət olundu

Avropa çempionatının hazırlıq planına əsasən minifutbol millimiz aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışı keçəcək.

Bununla əlaqədar baş məşqçi Elşad Quliyev milli komandaya 20 futbolçu cəlb edib: Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”).

Müdafiəçilər: Müseyyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı “Zirə”).

Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı “Zirə”), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi “Aznur”).

Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”).

Xatırladaq ki, aprel ayının 30-da yığma komandamız Serbiya, Rumıniya, Monteneqro, Albaniya və Bosniya və Herseqovina millilərinin də qatıldığı turnirdə iştirak edəcək.


Digər xəbərlər

0.23953199386597