Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”

19:57 18-04-2024 | icon 1053
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”

“Bilavasitə Prezidentimiz cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş
Azərbaycanın daxili və xarici siyasət prioritetləri ölkəmizi dünya miqyasında güclü
dövlətlər sırasına yüksəldib və özünəməxsus inkişaf modelləri ilə tanıdıb. Xüsusilə
ötən illərin müsbət təcrübəsi və uğurlu göstəriciləri bir daha təsdiqləyir ki,
Azərbaycan dövləti qarşısına qoyduğu bütün vəzifələri böyük ustalıqla icra edib və
öz hədəflərinə çatıb. Ən əsası isə Azərbaycan heç kimdən həm siyasi, həm də
iqtisadi baxımdan asılı olmayan, tamamilə müstəqil siyasət yürüdən, etibarlı
tərəfdaş statusunu qazanan ölkə kimi dünya xəritəsində öz yerini tutub. Təbii ki,
dövlətin qüdrəti həm də onun güclü iqtisadiyyatı ilə ölçülür. Əminliklə ifadə edə
bilərik ki, Azərbaycan iqtisadiyyatı xüsusilə son 20 ildə elə davamlı inkişaf yolu
tutub ki, dünyada baş verən gözlənilən və gözlənilməyən bütün böhranlara
layiqincə sinə gərib. Buna yalnız pandemiya dövründə dünyada yaşananları misal
göstərmək, məncə, kifayətdir ki, hər şey aydın olsun. Eləcə də biz ağır
müharibədən keçdik, işğalda olan torpaqlarımızı azad etdik. Sözsüz ki, güclü
iqtisadiyyat bütün qələbələrin rəhnidir. Həmçinin bu gün Azərbaycan böyük bir
ərazidə yeni şəhərlər, kəndlər salır, tarixdə misli görünməmiş abadlıq quruculuq
işləri aparır. Ən önəmlisi isə dövlətimiz bunu heç bir kənar dəstək almadan, ancaq
özünün daxili imkanları hesabına həyata keçirir. Bütün bunlar Azərbaycanın
iqtisadi qüdrətini göstərən faktorların bir qismidir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ölkəmizin effektli sosial-iqtisadi inkişaf strategiyası imkan
verib ki, regionlarımızın hərtərəfli tərəqqisi təmin olunsun: “Əminliklə demək olar
ki, regionlarla bağlı qəbul edilmiş dövlətimizin proqramları, eləcə də sosial-iqtisadi
inkişafla bağlı verilmiş fərmanlar, imzalanmış sərəncamlar, icra olunmuş layihələr
yeni müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına, vətəndaşlarımızın
məşğulluğunun artırılmasına, güzəranının yüksəldilməsinə gətirib çıxarmışdır. Heç
də təsadüfü deyil ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə qədər enib və bu da son dərəcə yüksək nailiyyətdir. Eyni zamanda kənd yerlərinin inkişaf potensialı xeyli güclənib, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, həmçinin məhsuldarlığı yüksəlib, kiçik fermer təsərrüfatları böyüyərək iri fermer
təsərrüfatlarına çevrilməkdədir. Habelə bölgələrdə dayanıqlı inkişaf edən
iqtisadiyyat daha da şaxələnib, rəqabətqabiliyyətliliyi artıb, regionlarımızın turizm
imkanları genişlənib. Ümumilikdə regionların davamlı və tarazlı sosial-iqtisadi
inkişafı təmin olunub”.
“Bildiyimiz kimi, bu gün dünya qlobal iqlim dəyişmələri səbəbindən kəskin su
çatışmazlığı kimi böyük bir sınaqla üz-üzə qalıb. Hazırda dövlətimiz bu qlobal
problemlə də fəal mübarizə aparır, su qıtlığının aradan qaldırılması, ona olan
tələbatın tam ödənilməsi istiqamətində mühüm işlər görür. Belə ki, su kanallarının
suvarma keyfiyyəti yüksəldilir, su anbarlarının istismar şəraiti yaxşılaşdırılır,
mütərəqqi suvarma üsulları tətbiq edilir və s. Görülən işlərin davamı olaraq,
dövlətimizin başçısı cənab İlham Əliyev bir neçə gün öncə Şirvan suvarma
kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı və ötən gün - aprelin 16-
da kanalın təməlini qoydu. Bu, mühüm bir layihədir, ölkəmizdə su təminatının
yaxşılaşmasına, su itkilərin aradan qaldırılmasına böyük dəstək olacaq. Eləcə də
kanalın potensialı imkan verəcək ki, əlavə olaraq əkinə yararlı daha 116 min hektar
torpaq əkilib becərilsin. Bu da ölkəmizdə aqrar sektorun dayanıqlı inkişafına
mühüm töhfə deməkdir”, - Milli Məclisin deputatı bildirib.


Digər xəbərlər

0.24028182029724