Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”

19:38 23-04-2024 | icon 1043
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”

“Regional və beynəlxalq təşəbbüsləri, qlobal sülh və təhlükəsizliyə verdiyi misilsiz
töhfələr, müəllifi olduğu reallıqların bölgəyə gətirdiyi yeni inkişaf meylləri
dövlətimizin başçısı cənab İlham Əliyevi dünyada əsas aparıcı liderlərdən birinə,
ölkəmizi isə böyük söz sahibinə çevirib. Onun hər bir addımı, qəbul etdiyi
qərarları, dəyərli fikirləri təkcə Azərbaycan dövləti və xalqı üçün deyil,
ümumilikdə beynəlxalq aləm üçün də önəmlidir. Serbiya Prezidenti Aleksandar
Vuçiçin “İlham Əliyev Avropada çox məşhurlaşıb. Bilmirəm o nə edib, amma
etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”, Şimali Makedoniya
Prezidenti Stevo Pendarovskinin “İlham Əliyev Avropada ən çox arzuolunan
şəxsdir”, eləcə də Macarıstanın XİN başçısının Peter Siyartonun “Bu gün Qərb
liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar” kimi
fikirləri bir daha Prezidentimizin beynəlxalq nüfuzundan xəbər verən
məqamlardır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Heç də təsadüfü deyil ki, Azərbaycanın üzv olduğu, ya olmadığı istənilən regional
və beynəlxalq xarakterli görüşlərə cənab İlham Əliyev dəvət olunur və qiymətli
fikirləri alınır. Hətta görürük ki, Prezidentimiz dost dövlətlərin təşkil etdiyi daxili
tədbirlərdə belə ali qonaq qismində iştirak edir. Təbii ki, bütün bunlar bilavasitə
dövlətimizin başçısının şəxsi nüfuzu ilə əlaqədardır. Prezident İlham Əliyevin
iştirak etdiyi növbəti belə tədbir aprelin 22-də Moskvada Baykal-Amur
Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin
veteranları və işçiləri ilə təşkil olunan görüş oldu. Bildiyimiz kimi, BAM indiyə qədər dünya miqyasında həyata keçirilən ən nəhəng nəqliyyat layihələrindən biridir. Və bu layihənin ərsəyə gəlməsində azərbaycanlıların dərin zəhməti və
fədakar əməyi danılmazdır. Bunun bariz nümunəsi BAM-in üzərində salınan iki
qəsəbədir. Belə ki, Ulkan və Anqoy qəsəbələrini məhz azərbaycanlılardan ibarət
briqadalar inşa edib və özü də nəzərdə tutulan vaxtdan iki ay tez işi təhvil
veriblər”, - AHİK sədri qeyd edib.
Onun sözlərinə görə, həmin nəhəng magistraldan danışarkən ilk növbədə yada
Vətənimizin böyük oğlu, qurucu, ayaq qoyduğu hər bir yerə inkişaf, tərəqqi
gətirmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev düşür: “Rusiya
Prezidenti Vladimir Putin başda olmaqla dəmir yolu sahəsinin veteranlarının Ulu
Öndərimizi yad etməsi, onunla bağlı xoş xatirələrini paylaşması hər birimizi
qürurlandırdı. Bu bir tarixdir ki, Azərbaycan adlı dövləti yenidən quran, onu böyük
və dönməz inkişaf yoluna istiqamətləndirən Heydər Əliyev SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsində işləyərkən də öz bənzərsiz fəaliyyəti ilə dərin
iz qoyub. O, BAM-in tikintisini sürətləndirmək, aparılan işin keyfiyyətini artırmaq
məqsədilə 1984-cü ilin iyununda tikinti regionuna gedib. Ulu Öndər orada
əməkçilərlə görüşür, tikinti obyektlərinə baxış keçirir, tikilən yeni qəsəbələr və
şəhərlərlə tanış olur. SSRİ-nin rəhbər vəzifəli şəxsinin sadə əməkçilərlə görüşməsi
və söhbətləşməsi, qayğıları ilə maraqlanması onlara yeni impuls verir, işi başa
çatdırmaq üçün daha səylə çalışmağa ruhlandırır. Tikintinin gedişi ilə bağlı onun
Siyasi Bürodakı geniş nitqi, aparılan işi sürətləndirməklə bağlı təşəbbüslərindən
sonra BAM-in tikintisində ciddi irəliləyişlər baş verdi. Əminliklə deyə bilərik ki,
bilavasitə Heydər Əliyevin peşəkar fəaliyyəti nəticəsində 1984-cü ildə Baykal-
Amur magistralı hesabına SSRİ-də dəmir yolu xətlərinin uzunluğu 300 min
kilometrdən çox artmışdı. Qürurvericidir ki, 2008-ci ildə BAM-də yerləşən Anqoy stansiyası yenidən təmir edilərkən ona məhz Ulu Öndər Heydər Əliyevin adı verildi və bu, ən ədalətli qərar idi”.


Digər xəbərlər

0.25317597389221