Məqsədyönlü təməl əsasında

19:52 23-04-2024 | icon 1500
Məqsədyönlü təməl əsasında

Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur
Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və
işçiləri ilə birgə görüşü iki ölkə arasındakı əməkdaşlığın bəziyyətini açıq-aydın nümayiş etdirdi. Növbəti dəfə şahid olduq ki, Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır.

       Dövlətimizin rəhbəri görüşdə çıxış edərək dedi ki, “bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi. Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq - Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb”.

         Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir.
Yaddan çıxarmaq olmaz ki, Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb  Qarabağda qazandığımız tarixi zəfərin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq forması i kimi çıxış edən Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlib.

          Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və
sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük
daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin
artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-

       Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib.
Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq,
ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə
arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o
cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-
Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə
44 faizdən çox olub.

       Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.

Etibar Sadıqov,

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru


Digər xəbərlər

0.24768400192261