Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
24 aprel tarixində Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq, növbəti dəfə Milli Məclisdə qəbul keçirib.
Qəbulda iştirak edən şəhid ailələrinin, qazilərin, habelə müraciət edən ayrı-ayrı vətəndaşların problemləri dinlənilib.
Qəbul zamanı qaldırdılmış sosial, təhsil, mənzil şəraitinin yaxşılaşdırılması kimi müraciətlərin bir qismi vitse-spiker tərəfindən yerindəcə həll olunub.
Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülmüş, müraciətlərin həlli məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə məktublar göndərilib. Qəbulda mövcud qanunvericiliyin tələbləri vətəndaşlara hüquqi izahlar verilib.
Sədr müavini bildirib ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və müraciətlərin qısa müddətdə həll olunması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, ünvanına daxil olan bütün müraciətlər tam, hərtərəfli araşdırılmaqla qanunvericiliyə uyğun olaraq addımlar atılır.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...