COP29-un əhəmiyyəti

11:33 26-04-2024 | icon 1106
COP29-un əhəmiyyəti

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı, aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər payızda keçirilməsi nəzərdə tutulan COP-Tərəflərin Konfransının tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün acı nəticələrin baş verməməsi üçündür.

     Azərbaycanın bu gün beynəlxalq tədbirlərin, konfransların və forumların keçirilməsi üçün xüsusi diqqətdə olması həm sabitlik diyarı kimi nüfuz qazanması, həm də uğurlu və düşünülmüş siyasət nəticəsində hər bir məsələnin həllində zəngin təcrübəyə malik olması ilə sıx bağlıdır. Bu gün həm dünya ölkələrində, həm də Azərbaycanda iqlim dəyişmələri ilə bağlı narahatlıqlar var. Azərbaycan daim iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfələrini verir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayacaq. Cənab İlham Əliyev forumdakı çıxışında ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək bu məqama xüsusi diqqət yönəltdi: “Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.”

     Dövlətimizin başçısı iştirakçıların suallarını cavablandırarkən hazırkı dövrün əsas çağırışlarından olan iqtisadiyyatın şaxələndirilməsi məsələsindən də geniş bəhs edərək bildirdi ki, biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə, bizim əsas məqsədlərimizdən biri hazırda ixracımızı şaxələndirməkdir. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, çıxışımız da olmalıdır: “İqtisadiyyatımızın digər sahələrinə gəldikdə isə nəqliyyatla bağlı ümidlərimiz böyükdür. Artıq dediyim kimi, dəhlizlərin bu qovşağı böyük iqtisadi fəallıq yaradacaq. Həm də biz bu nəqliyyat marşrutlarını təkcə asanlaşdırma və tranzit kimi deyil, həm də marşrutda sənaye qurmaq imkanı hesab edirik. Ona görə də ümid edirik ki, bölgədən istehsalçılar gəlib bu layihələri həyata keçirəcəklər. Biz indi Ələtdə azad iqtisadi zonanın fəal inkişaf mərhələsindəyik, zonada artıq rezidentlər toplaşır. Beləliklə, biz iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq.”

     Sənayenin inkişafı həyata keçirilən siyasətin əsas tərkib hissəsidir. O da məlumdur ki, Davos Ümumdünya İqtisadi Forumu Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzlərdən biri kimi Azərbaycanı seçib. Bu, ölkəmizin gördüyü işlərə və əldə olunan uğurlara verilən dəyərdir. Azərbaycan bərpaolunan enerji sahəsində də zəngin potensiala malikdir. 157 gigavat potensial yalnız dənizdə mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev iqtisadi imkanlarımızın təhlili əsasında belə bir çağırışı etdi ki, gələcəyin proqnozlaşdırıla biləcəyini düşünürəm.

     Prezident İlham Əliyevin forumdakı çıxışı və iştirakçıların suallarına cavabları gələcəklə bağlı aydın təsəvvürlərin yaranmasında əhəmiyyətli rol oynayan çağırışlarla zəngindir. Dövlətimizin başçısı regional təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan, tarixi Zəfərimizin reallıqları əsasında dünya siyasətində baş verən yeniliklərdən də bəhs etdi. Dövlətlərarası münasibətlərdə etimadın qorunması əsas hədəf kimi qarşıya qoyuldu. Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri məhz etimad və səmimi münasibətin qurulmasıdır.

      Anar Həsənov

     Salyan rayon “Qaraçala-F” Su İstismar Birliyinin sədri

 

 

 


Digər xəbərlər

0.27991104125977