"DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Trophy 2024" turniri keçirilib.

Turnirdə yerli qolfçularla yanaşı ölkəmizdə yaşayan xarici qolfçular da iştirak ediblər.

Ümumilikdə 50 qolfçunun iştirak etdiyi yarışda Azərbaycan təmsilçisi Tural Vəlizadə qalib gələrək (78 xal) "Lexus Tropy 2024" çempionu adını qazanıb. 

Daha sonra 2 kateqoriyada "Stableford” turniri baş tutub. A kateqoriyasında 41 xalla Nik Hore ilk yerin sahibi olub. Alistair Dougall ikinci (40 )xal, Tural Vəlizadə üçüncü (38 xal) olublar.

B kateqoriyasında isə Regina Bədəlbayeva 45 xalla birinci, Con Rayt 44 xalla ikinci, Vasso Papadopulou 42 xalla üçüncü yerə yiyələniblər. “Longest drive champion”: Elman Rzayev, “Nearest the pin champion”: Eldar Kərimov.

Qalibləri mükafatlandıran Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov onları təbrik edərək yaddaqalan çıxışları ilə turnirə töhfə verdikləri üçün bütün iştirakçılara təşəkkürünü bildirib.