AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

21:50 01-05-2024 | icon 616
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təmiz idman təbliğatını davam etdirir.

Bu dəfə tədbir tarixi torpağımızda baş tutub.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan akademik avarçəkmə, kanoe və kayak üzrə "Prezident Kuboku 2024" beynəlxalq reqatası çərçivəsində keçirilən maarifləndirmə proqramında idmançılar antidopinq sistemi barədə məlumatlandırılıb, təmiz və ədalətli idman prinsiplərinə sadiqlik nümayiş etdirməyin vacibliyi diqqətə çatdırılıb. Həmçinin idmançılar maarifləndirici sorğularda iştirak ediblər.

Antidopinq sistemi barədə sualları əhatə edən sorğulara doğru cavab verən idmançılara AMADA-dan hədiyyələr təqdim olunub.


Digər xəbərlər

0.27213716506958