Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"

13:21 03-05-2024 | icon 701
Fərid Qayıbov:

"Artıq üç ildir ki, ənənəvi "Prezident Kuboku" beynəlxalq reqatası Suqovuşanda və Mingəçevirdə təşkil olunur. Bizim üçün sevindirici haldır ki, hər il iştirakçı ölkələrin sayı daha da artır". 

 

 

 

Bu sözləri "Prezident Kuboku-2024" beynəlxalq reqatasının üçüncü günündə jurnalistlərə müsahibəsində Gənclər və İdman naziri Fərid Qayıbov bildirib. 

 

 

 

Yarışda 21 ölkədən 30 komandanın iştirak etdiyini qeyd edən nazir bunu ənənəvi yarışa olan böyük maraqla əlaqələndirib. 

 

 

 

"Hər il iştirakçı ölkələrin sayı artdıqca mübarizə də gərginləşir. Təbii ki, bizim idmançılar üçün də bu rəqabətdən qalib ayrılaraq, medal qazanmaq daha çətin olur. Amma bu, idmançıların hazırlıq prosesi üçün vacib olan haldır. Federasiyanı bu uğurlu təşkilatçılıq münasibəti ilə təbrik edirəm. Yarışlar hər zaman olduğu kimi yüksək səviyyədə təşkil olundu. Bildiyiniz kimi, avarçəkmə idman növündə bir idmançımız Paris Olimpiadasına lisenziya qazanıb. Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq. Çünki bu yarışda iştirak edən idmançılarımızın sayı da artıb. Bu gün nəyin ki, Mingəçevirdə, paytaxtda da bu idman növü üzrə bölmə açılıb. Planda digər rayonlarda və şəhərlərdə belə bölmələrin sayının açılması gözlənilir", - deyə Fərid Qayıbov bildirib.


Digər xəbərlər

0.29659581184387