Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"

18:54 06-05-2024 | icon 546
Kənan Məstəliyev:

Premyer Liqanın bitməsinə 3 tur qalır.

Çempionat finala yaxınlaşdıqca avrokubok mübarizəsi uğrunda qarşıdurma daha da şiddətlənir. Amma 33-cü turun mərkəzi oyunu hesab olunan "Qarabağ" - "Neftçi" görüşündə derbi adına nəsə görmədik. Meydan sahibləri rəqini rahatlıqla 5:0 hesabıyla darmadağın etdi. Matçı izləməyə yetəri qədər media nümayəndələri də gəlmişdi.

Azeripress.az saytı olaraq jurnalist həmkarımızdan Kənan Məstəliyevdən qarşılaşmayla bağlı fikirlərini aldıq:

"Bu gün adı derbi olan əslində isə bir tərəfin dominantlıq etdiyi matç gördük. Hesab edirəm ki, Azərbaycanın futbol üzrə güclülər dəstəsində derbi ifadəsi yalnız sözdə qalıb. Meydanda isə "Qarabağ"ın hökmranlığı var. "Neftçi"yə gəlincə, onlar bizə növbəti biabırıçı oyunlarını nümayiş etdirdirlər. Komanda 90 dəqiqənin yalnı 30 dəqiqəyə yaxının da nəsə etməyə çalışdı. Matçən yerdə qalan hissəsində "köhlən atlar" çox da güc sərf etmədən, sadəcə sürətli reydləriylə "ağ-qaralar"ı darmadağın etdi. Bu gün avrokuboklar uğrunda "Zirə", "Sabah", "Sumqayıt" xarakter göstərir. "Neftçi" barədə isə bunu demək olmur. Lap komanda 2-ci pilləni tutsa belə bunu uğur adlandırmaq gülüncdü. Tarixi ənənəsi olan, ölkə futbolunun flaqmanı hesab olunan klub birinci yerdəki komandadan 26 xal fərqiylə geri qalırsa, bu sadəcə biabırçılıqdı".

Kənan Məstəliyev növbəti mövsüm üçün komanda sayının artırılması və "Qəbələ"yə güzəşt olunub elitada saxlanılması haqqında da danışdı:

"Qəbələ" Azərbaycan futboluna xeyirini yaxşı bilirik. Komandanı ölkə futboluna kifayət qədər futbolçu yetişdirib, 2 dəfə avrokubokların qrupunda oynayıb. Amma hər dəfə bunu qeyd edib, idman prinsiplərini tapdalamaq da düz deyil. Ötən mövsümdən idman prinsipinin gözlənilməsiylə futbolumuzda canlanma oldu. Bunu ənənəyə çevirib daha da inkişaf etdirməliyik. "Qəbələ"nin bu mövsümkü çıxışı sadəcə rəzalətdi və o sonuncu yerdədi. Keçmişdəki xidmətlərindən asılı olmayaraq bu gün sonuncu pilləni tutan istənilən klub aşağı liqaya düşməlidi. Özünə peşəkar deyən və ənənələriylə öyünən komanda düşüb-qalxmağı bacarmalıdı. Baxın, İngiltərədə, Almaniyada Azərbaycan futbolundan daha qədim komandalar var ki, dəfələrlə elitanı tərk edib və daha güclü qayıdıb. Bu gün top-liqaların aşağı dəstələrində 100-150 il yaşı olan klublar var. Bu barədə yetəri qədər nümunələr var. Uzunçuluq edib çox danışmaq istəmirəm. Bir məsələni xüsusi qeyd edim ki, "Qəbələ"nin yaxşı bazası, infrastrukturu, akademiyası var. Ona görə də bu komandanın elitada saxlamalıyıq" deyən futbolçu, məşqçi, menecer, jurnalist və özünü futbol adamı hesab edənlərin yanaşmaları absurddu. Onların hər biri qeyri-peşəkar hesab edirəm. Komanda sayının artmına gəlincə, düşünürəm ki, bir klub elitanı tərk edib, aşağı liqanın çempionu gəlməlidi. Çünki mövsümün əvvəlində qaydalar açıqlanıb. İndidən hər hansı dəyişikliyə ehtiyac yoxdu. Komanda sayı artacaqsa gələn mövsüm yox, ondan sonrakı futbol ilində öncədən xəbərdar edilib, nizamnamədə tasdiq edilməklə yol verilə bilər".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.24795198440552