Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO

20:04 06-05-2024 | icon 559
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib.

Bu haqda İbrahim Cəfərov özünün sosial şəbəkə hesabında məlumat verib. 

İbrahim Cəfərov qeyd edib  ki, uzun müddətdir ki, üzərində işlədiyi “ Bitki xəstəlikləri və onların idarə edilməsi”  adlı kitab 520 səhifə, 32,5 çap vərəqindən ibarətdir və 500 nüsxə çap edilib. Kitabda ölkəmizdə becərilən bütün bitkilərin xəstəlikləri və onların idarə edilməsindən bəhs edilir.

Professor bu kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlərini bildirib. 

Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib


Digər xəbərlər

0.23596906661987