Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”

17:42 09-05-2024 | icon 429
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”

“Hərtərəfli inkişaf, etibarlı və vacib tərəfdaş statusu, dünya üçün əhəmiyyətli və bir
o qədər də strateji layihələri Azərbaycanın beynəlxalq imkanlarının
genişlənməsində mühüm rol oynayır. Ölkəmizlə əlaqələr quran dövlətlər hər zaman
bu münasibətlərdən məmnunluqla danışıblar. Odur ki, Azərbaycanla əməkdaşlığa
üstünlük verən, özünün strateji tərəfdaşı hesab edən dövlətlərin sayı artmaqdadır.
Son dövrlər Balkan ölkələri, xüsusilə də Bolqarıstanla Azərbaycanın
münasibətlərində yüksək dinamizm müşahidə olunur. Bildiyimiz kimi, bu ölkə ilə
əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanaraq siyasi, iqtisadi, enerji,
mədəni və digər sahələri əhatə etməklə sürətlə inkişaf edir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri rəsmi Sofiyanın uzun illər davam etmiş Qarabağ münaqişəsi
dönəmində obyektiv mövqeyini xüsusi olaraq xatırladıb: “Bu ölkə ardıcıl olaraq
ədalətli yanaşma sərgilədi, münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması
prinsipindən çıxış etdi. Bu, təbii ki, həmin dövr üçün Azərbaycanın haqq işinə
böyük dəstək idi. Eləcə də Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən
sonra Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana
Cumalıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam şəhərində oldu və orada
törədilən vandalizm aktlarını birbaşa öz gözləri ilə gördülər. Ümumiyyətlə, iki
ölkənin dostluğuna böyük təkan verən amil dövlət başçıları səviyyəsində təşkil
olunan səfərlərdir. Səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan səmimi dialoq
münasibətlərimizi indiki səviyyəyə çatmasına geniş zəmin yaradıb. Xüsusilə 2015-
ci ilin mart ayında Prezident İlham Əliyevin Bolqarıstana baş tutan rəsmi səfəri və
imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Eləcə də dost ölkənin Prezidenti Rumen Radevin 2017-ci ildə Azərbaycana səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rola malik olub”.


“Sözsüz ki, enerji sahəsi ölkələrimiz arasında tərəfdaşlığın özəyini təşkil edir.
Azərbaycan hazırda Bolqarıstanın enerji təhlükəsizliyində böyük rola malikdir.
2023-cü ildə 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı bu ölkəyə nəql
olunub. Bu il isə bunun 1,5 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Təbii
ki, bu da yüksək göstəricidir. İnanırıq ki, Bolqarıstan Prezidenti cənab Rumen
Radevin ölkəmizə budəfəki səfərinin də nəticələri uğurlu olacaq, ikitərəfli
əməkdaşlığı yeni sahələr üzrə daha da genişləndirəcək. Strateji tərəfdaşlığın
gücləndirilməsi, texnoloji innovasiya və digər sahələrə aid sənədlərin imzalanması
bu qənaətə gəlməyə əsas verir”, - Milli Məclisin deputatı vurğulayıb.
AHİK sədri qeyd edib ki, Azərbaycan və Bolqarıstan prezidentlərinin mətbuata
bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı cənab İlham Əliyev yaşıl enerji
sahəsindən də bəhs etdi: ”Həmçinin Prezident Rumen Radev də Azərbaycanın
yaşıl enerji layihələrinin perspektivinə toxundu. Qürurvericidir ki, Azərbaycan
yaxın gələcəkdə həm də yaşıl enerji təchizatçısı olaraq da tanınacaq və dünya üçün
nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha sübut edəcək. Təbii ki, bütün bunlar
Prezident İlham Əliyevin effektli enerji siyasətinin, uğurlu təşəbbüskarlığının
nəticələridir”.


Digər xəbərlər

0.33500409126282