"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR

09:04 12-05-2024 | icon 628

"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir".

Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirinin mükafatlandırma mərasimində bu fikri "Bakı Abadlıq Xidməti" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyevə deyib.

Azeripreess.az saytına açıqlamasında L. Əliyeva Bakı Abadlıq Xidməti MMC-nin Bakı kəndlərindəki uşaqlar arasında bir çox idman turnirlərinə təşkilati dəstək verdiyini, yarışa qatılan yüzlərlə uşağı qiymətli hədiyyələrlə həvəsləndirdiyini vurğulayıb.

Bakı kəndlərinin simasını qorumaqla, qədim tarixi abidələri bərpa edən, müasir infrastruktur quran şirkət, eyni zamanda yerli əhalinin iş yerləri ilə təmin olunması, asudə vaxtın səmərəli təşkili istiqamətində də maraqlı layihələr həyata keçirir. Xüsusilə yeni nəslin yaradıcılığa, peşəkar idmana, müasir tədris kurslarına cəlb edilməsi məqsədi ilə əhəmiyyətli addımlar atılır. “Balaxanı kəndində “Gilabi”, “İslimi” milli brendlərinin yaranması, Ramana kəndindəki müasir idman mərkəzi, yüksək keyfiyyətli “Pirşag” ayaqqabılarının istehsal edildiyi sexinin qurulması, demək olar ki, bütün kəndlərdə filialı açılan “Azerobot education” robototexnika kursları və s – Bakı Abadlıq Xidmətinin kəndlərə gətirdiyi yeniliyin yalnız bir hissəsidir” deyən L.Əliyeva bu layihələrin gəlir əldə etmək deyil, yeni ideyalara təkan vermək, istedadları üzə çıxarmaq məqsədi daşıdığını qeyd edir. “Şübhəsiz ki, müxtəlif nazirliklər və dövlət qurumları ilə birgə davamlı həyata keçirilən fitbol, dzüdo, şahmat, və robototexnika turnirləri yetişməkdə olan nəslin təkamülünə xidmət edəcək.” 

L. Əliyevanın sözlərinə görə, işğaldan azad olunmuş bəzi şəhər və kəndlərdə - o cümlədən Laçında, Xocalıda yenidənqurma işləri aparan Bakı Abadlıq xidməti öz ənənəsinə sadiqdir. “Artıq Laçında bir çox layihələrin təməli qoyulub. “Gilabi”nin Laçın xətti yaranıb, Qarabağda ilk xalça “İslimi” yaradıcılıq mərkəzində toxunub. Bakı Abadlığın dəstəyi ilə yaranan və ölkədə ən zəngin mobil kitab tətbiqi kimi tanınan “Audiokitab”, 2 saylı Laçın məktəbində "Bilmək qazandırır" şüarı ilə mütəmadi olaraq bilik yarışmaları keçirir.”  

“Abadlıq” kəlməsi geniş mahiyyət daşıdığından, bu ada layiq olmaq üçün fəaliyyətini daim genişləndirən Bakı Abadlıq Xidməti faydalı təkliflərə, səmərəli fikirlərə hər zaman açıq olduğunu bildirir.

 
 
 
 
 

 


Digər xəbərlər

0.59520792961121