Prezident Yevlaxda müşavirə keçirir - YENİLƏNİB + FOTO

12:35 17-04-2017 | icon 5563
Prezident Yevlaxda müşavirə keçirir - YENİLƏNİB + FOTO

Bu gün Yevlaxda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, “Azersun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan, “Az-Granata” MMC-nin direktoru Rövşən Fərhadov, “Gök-NUR Bakı” MMC-nin müdiri Fərid Fərhadzadə, “D-Fruits Kəndli Təsərrüfatı” MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov çıxış ediblər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

09:40

Aprelin 17-də Yevlaxda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilir.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

N.O.


Digər xəbərlər

0.25935912132263