LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA ŞURANIN İCLASI KEÇİRİLİB
Yanvarın 25-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov müzakirəyə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Lənkəran rayonunda əhalinin elektrik enerjisi və təbii qazla təchizatının vəziyyəti haqqında ŞİH başçısı yanında Şuranın 19 yanvar 2016-cı il tarixli qərarının icra vəziyyəti haqqında” və “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən rayonun tibb müəssisələrində ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində görülən profilaktik tədbirlər barədə məsələlərin çıxarıldığını bildirib.
Birinci məsələ ilə bağlı Lənkəran ŞİH başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev, digər məsələ barədə isə Lənkəran ŞİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva məruzə edib.
Məruzə ətrafında müzakirələrdə müvafiq qurumların rəhbərlərinin çıxışları dinlənilib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iclası yekunlaşdıraraq hər iki məsələ ilə bağlı cavabdeh şəxsləri vəzifə borclarına məsuliyyətli yanaşmağı, sözügedən dövlət proqramlarının icrası üçün mümkün olan tədbirləri görməyi tövsiyə edib.
Müzakirələrdən sonra hər iki məsələyə dair müvafiq qərar qəbul olunub.
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...