Qarabağda böyük müharibə - Putin əmr verdi

15:13 27-01-2017 | icon 5213
Qarabağda böyük müharibə - Putin əmr verdi

Rusiya müdafiə naziri Sergey Şoyqunun Cənub Hərbi Dairəsini gücləndirməklə bağlı əmri bəzi məsələləri gündəmə gətirdi, xüsusilə “Putin yeni müharibəyə hazırlaşır” sualı önə çıxdı.

Publika.az xəbər verir ki, Şoyqu bu əmri verməsinə Ukraynanın cənub-şərqindəki vəziyyətin və Şimali Qafqazda beynəlxalq terror qruplaşmalarının fəallaşmasının zərurət yaratdığını açıqladı. Lakin bu rəsmi bəyanatı başqa cür də oxumaq mümkündür: Rusiya Ukrayna və Qafqazda yeni müharibəyə hazırlaşır.

Strateji şəraitin tədqiqatı mərkəzinin direktoru, rusiyalı politoloq İvan Konovalov da ölkəsinin mediasına müsahibəsində Kremlin yeni müharibələrə hazırlıq gördüyünü deyib.

Onun sözlərinə görə, Cənub Hərbi Dairəsi Rusiyanın yeni tarixində döyüşə bilən ən güclü ordu birləşməsidir:

“Nəzərə alsaq ki, SSRİ dağılandan sonra Rusiya ən çox cənub istiqamətindən təhdidlərlə qarşılaşıb, o zaman, bu hərbi dairəni gücləndirmək zərurəti başa düşüləndir”.

Politoloq qeyd edib ki, Sergey Şoyqunun bəyanatı Ukraynanın cənub-şərqində yeni vətəndaş müharibəsinin başlaya biləcəyinə işarədir.

“Yeri gəlmişkən, Rusiya təkcə Cənub Hərbi Dairəsini yox, Qara dənizdəki hərbi donanmanı və Qərb Hərbi Dairəsini də möhkəmləndirir”, - deyə o bildirib.

İ.Konovalov hesab edir ki, Rusiya Ukraynada, eləcə də Qafqazda yeni müharibənin ola biləcəyi təhlükəsinə hazırlaşır:

“Ukraynada müharibə real görünür. Qafqazda isə müharibənin Dağlıq Qarabağ münaqişə zonasında baş verməsi gözləniləndir. Həmçinin, Moskva Qərb Hərbi Dairəsini möhkəmləndirərək, oradan gələ biləcək təhlükələri önləməyi düşünür. Görünən odur ki, Moskva bütün cəbhələrdə böyük müharibəyə hazırlaşır”.


Digər xəbərlər

0.31396007537842