Əhməd Əhmədzadə: "IV İslam Həmrəyliyi Oyunları"ı sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda yeni səhifə yazacaq

13:01 10-05-2017 | icon 7107
Əhməd Əhmədzadə: 

Əsrlər boyu Azərbaycan islam sivilizasiyasının əsas mərkəzlərindən olub və daim islam ölkələri ilə sıx əlaqələr qurub. İslam dözümlülük, qarşılıqlı anlaşma, sevgi və hörmət prinsiplərinə əsaslanır. Bu oyunlar vasitəsilə Azərbaycan bir daha bütün dünyaya peşəkarlığı,qonaqpərvərliyi, ənənələrə sadiqliyi və dünyada artan nüfuzunu nümayiş etdirmiş olacaq.

Bu sözləri Azeripress.az-a açıqlamasında Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib. 

“Bu ilin əvvəlində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 2017-ci ili İslam Həmrəylik ili elan etmişdir. Ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayır. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır. Heç də Ümumdünya Olimpiya Oyunlarının fəlsəfəsindən və ideologiyasından geri qalmır. Beynəlxalq Olimpiya Hərəkatının fəlsəfəsi və ideologiyası ilə üst-üstə düşür. "Bakı - 2015" ilk Avropa Oyunlarında olduğu kimi, sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"ı da idman tarixinə yeni səhifə yazacaq.

Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Buna Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanırdı. İlk oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı-2015" ilk Avropa Oyunları yüksək səviyyədə təşkil olundu və tarixi qələbə qazanıldı. İdmançılarımızın uğuru əvəzsiz oldu. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. Sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. Avropa və islam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir.

İslam Həmrəylik oyunlari tək idman yarışı deyil, bu, üzv ölkələrin bir - biri ilə sıx inkişaf əlaqələri, qarşılıqlı fikir mübadiləsi eyni zamanda siyasi və iqtisadi ticarət əlaqlərinin genişləndirilməsi üçün də böyük imkana malik yarışdır.

Əminəm ki, IV İslam Həmrəyliyi Oyunlarını izləyən hər bir kəs möhtəşəm idman yarışlarından zövq alacaq.

Bu yarışlar Azərbaycanın dünyaya bəxş edəcəyi növbəti möhtəşəm tədbir olacaq.”

 


Digər xəbərlər

0.28944087028503