İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? – RƏSMİ CAVAB

16:47 07-05-2017 | icon 369
İslam Oyunları zamanı dərslər keçiriləcəkmi? – RƏSMİ CAVAB
loading...

“IV İslam Həmrəyliyi Oyunları orta məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini qeyd edib ki, dərslər adi qaydada davam etdiriləcək: “Oyunların keçirilməsinin paytaxtın mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsiri olmayacaq”.

Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

A.M.


Digər xəbərlər

0.54127502441406