Qarabağın azad olunması niyə baş tutmadı? – Xankəndində gizli görüş
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın baş məsləhətçisi Jirayr Liberidyan 1997-ci ildə Xankəndində Qarabağın Azərbaycana qaytarılması ilə bağlı keçirilən görüşün detallarını açıqlayıb.
Publika.az xəbər verir ki, 20 il öncə Xankəndində keçirilən görüşdə Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma “DQR”-in nümayəndələri, indiki Ermənistan prezidenti Serj Sarkisyan, keçmiş prezident Robert Koçaryan və Levon Ter-Petrosyanı təmsil edən Liberidyan iştirak edib.
Liberidyanın sözlərinə görə, görüşdə ərazilərin Azərbaycana qaytarılması ilə münaqişənin həll edilməsi məsələsi müzakirə olunub. Ermənistan tərəfi Laçın istisna olmaqla, Qarabağ ətrafındakı rayonları qaytarmağa hazır idilər. Sülh müqaviləsində əsas şərt Qarabağın təhlükəsizliyinin təmini olub.
Azərbaycanlıların qətlində “böyük rolu” olan “DQR”-in o vaxtkı “müdafiə naziri” Samvel Babayan isə Kəlbəcərin saxlanılmasını tələb edib.
“Laçın bəs etmir, Kəlbəcəri də istəyirik”, - deyə Babayan bildirib.
Liberidyan qeyd edir ki, daha sonra heç bir razılıq olmadı və Petrosyanı devirdilər.
O hesab edir ki, münaqişənin həll olunmaması Ermənistan üçün daha pis nəticələrə gətirib çıxaracaq.
“Nə qədər gec deyil, bu məsələnin indiki şərtlərlə həllinə razı olmalıyıq. Sonra bizim üçün daha pis nəticələr olacaq”, - deyə o da Petrosyan Qarabağ münaqişəsi ilə bağlı mövqeyini paylaşıb.
-
Fərrux Azərbaycandır! - Nəzarət artıq ordumuzdadır!
...
-
Ermənilər Ağdamı atəşə tutdu
...
-
Kiyevdə güclü partlayışlar - Video
...
-
Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub
...
-
Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib
...
-
Zakir Həsənov Şuşa əməliyyatının detallarını açıqladı - Prezidentin hansı tapşırığı olub?
...
-
Azərbaycan 10 erməni hərbçini təhvil verdi
...
-
Leyla Əliyeva “Soyuq əllər, isti ürək” yarmarkasında - Fotolar
...
-
“12 hərbçimiz saxlanılıb” - Ermənistan MN
...
-
Ermənilər təşviş içində mövqelərini tərk edir - Rəsmi
...