Ermənilər Kəlbəcərdə belə əylənir – VİDEO

15:27 28-01-2017 | icon 8032
Ermənilər Kəlbəcərdə belə əylənir – VİDEO

Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərindən görüntülər paylaşmaqda davam edir.

Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu dəfə onlar Kəlbəcərin İstisu sanatoriyasından video paylaşıb. 

Qeyd edək ki, erməni gənclər Azərbaycanın işğal edilmiş əraziləridən bu cür videoları tez -tez paylaşırlar.

Əlavə edək ki, Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

S.B.


Digər xəbərlər

0.24105286598206