Süleyman Mikayılov: “Boks millimiz 3 favorit komandadan biridir”

10:17 14-05-2017 | icon 3662
Süleyman Mikayılov: “Boks millimiz 3 favorit komandadan biridir”

“Güclü boksçu üçün püşkün nəticəsi fərq etməməlidir. Bəzi boksçularımız mübarizəyə 1/8, bəziləri də 1/4 finaldan başlayacaqlar”.

Bu sözləri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçularımızın şansını dəyərləndirərkən deyib.

S. Mikayılov İslamiadada bütün boksçularımızdan medal gözlədiyini bildirib:

“10 boksçunun hamısından medal gözləyirik. Boks millimiz 3 favorit komandadan biridir. Əsas rəqiblərimiz Qazaxıstan və son vaxtlar yaxşı nəticə göstərən Özbəkistan boksçularıdır”.

Federasiya rəsmisi idmançılar üçün hər cür şərait yaradıldığını qeyd edib:

“Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı var. Boks federasiyası da uğur qazanmaq üçün idmançılara lazımi şəraiti yaradıb”.

Söhbətləşdi: FƏRƏC


Digər xəbərlər

0.24643802642822