Qazaxda yol qəzası: Ölən və yaralananlar var

11:10 29-01-2017 | icon 4907
Qazaxda yol qəzası: Ölən və yaralananlar var

Qazaxda ağır yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb. “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması zamanı rayonun Cəfərli kənd sakinləri, 1984-cü il təvəllüdlü Ömərov Aqif Tapdıq oğlu və 1988-ci il təvəllüdlü Əsgərov Əhəd Abdulla oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Qazax rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Şahin Şaiq oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

T.T

www.oxu.az


Digər xəbərlər

0.22488808631897