Müğənni Gülay Zeynallı prezidentin övladları ilə – FOTO
Müğənni Gülay Zeynallı sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, şəkildə ölkə başçısı İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, oğlu Heydər Əliyev yer alıb.
Şəkil İsveçrənin Sankt Moritz şəhərində baş tutan 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılış mərasimində lentə alınıb.
Yanvarın 27-dən 29-dək təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.
Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarında Azərbaycanı təqdim edən “Land of Fire” loqotipi istifadə edilib.
www.oxu.az
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...
-
Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
...
-
CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı keçirilib - Video
...
-
Deniz Çakırdan - Yeni fotolar
...