Goranboyda kütləvi dava: Xəsarət alan var
Goranboy rayonunda kütləvi dava olub.
Oxu.Az xəbər verir ki, Report-un qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Sarov kəndində qeydə alınıb.
Belə ki, hələlik bilinməyən səbəbdən bir qrup şəxs arasında dava düşüb. Bu zaman Sarov kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Rafayıl Vidadi oğlu baş nahiyəsindən ağır zərbə alıb. O, yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Yaralıya tibbi yardım göstərən həkimlər onun burnunun sındığını müəyyən ediblər. R.Cəfərov ilkin yardımdan sonra Gəncədəki özəl xəstəxanaların birinə köçürülüb. Yaralının vəziyyəti orta-ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
www.oxu.az
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...