Azərbaycanda süni mayalanmaya müraciət edən qadınların sayı artıb
Azərbaycanda süni mayalanma ilə bağlı müraciətlərin sayı xeyli artıb.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.
Q.Paşayeva bildirib ki, ana olmaq istəyənlər müraciət edirlər: “Hər ay bununla bağlı xeyli sayda anaların sadəcə müraciət məktublarını almırıq, eyni zamanda onlar özləri müraciət edir və bu məsələdə kömək istəyirlər”.
Q.Paşayeva qeyd edib ki, ona görə də süni mayalanmanın dövlət dəstəyi ilə həyata keçirilməsini nəzərdə tutan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisin yaz sessiyasında qəbul edilməsi vacib məsələdir:
“İnsanlar bu qanun layihəsinin tez qəbul edilməsini istəyirlər. Qanun layihəsi aktual və vacib məsələdir. Layihədə söhbət ana sağlamlığından və gələcək nəslin sağlamlığından gedir. Layihədə nəzərdə tutulan məsələlər alilələrimiz üçün əhəmiyyətli olduğundan sənədin parlamentin yaz sessiyası çərçivəsində müzakirəyə çıxarılması vacibdir”.
Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq hazırlanıb və Milli Məclisin yaz sessiyası çərçivəsində Səhiyyə komitəsinin iş planına daxil edilib.
A.M.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...