Vahid Novruzov: Könüllülük prinsipi qanunsuzluğa yol açır

10:38 30-01-2017 | icon 5974
Vahid Novruzov: Könüllülük prinsipi qanunsuzluğa yol açır

“Strateji Yol Xəritəsi”ində həlli vacib sayılan mühüm məqamlardan biri də korporativ idarəetmə və qiymətli kağızlar bazarının fəaliyyəti ilə əlaqədardır. 

Belə ki, aparılmış təhlillər göstərir ki, açıq səhmdar cəmiyyətlərinin (ASC) korporativ idarəetmə standartlarının zəif inkişaf etməsi, şəffaflığın aşağı olması kapitalın qiymətli kağızlar bazarı vasitəsilə cəlb edilməsini məhdudlaşdırıb.

Ona görə də, “Strateji Yol Xəritəsi”nin əsas strateji hədəfləri sırasında maliyyə xidmətlərində şəffaflığın və səmərəliliyin artırılması üçün infrastrukturun təkmilləşdirilməsi təsbit olunub”.

Oxu.Az xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilir. 

Onun sözlərinə görə, bunun nəticəsində ölkədə fəaliyyət göstərən iri şirkətlərin əhəmiyyətli hissəsi listinqə daxil olacaq, yerli və xarici investorlar bu şirkətlərin emissiya etdiyi qiymətli kağızlarla aktiv ticarət əməliyyatları aparılmasında inamlı olacaqlar.

“Şəffaflığın artması və texniki infrastrukturun təkmilləşməsi nəticəsində əməliyyatların aparılması asanlaşacaq. Şəffaf mühit investorlara riskləri və gözlənilən gəlirləri daha yaxşı qiymətləndirmək və əsaslandırılmış qərarlar vermək imkanı yaradacaq.

Təəssüf ki, hazırda korporativ rəhbərliyin şəffaf hesabatlığa münasibəti könüllülük prinsipinə əsaslanır ki, bu da öz növbəsində qanunsuz və hesabatlıqdan kənar fəaliyyətə rəvac verilməklə iqtisadi inkişafa bir çox istiqamətdə mənfi təsir göstərir. 

Fikrimizcə, bu sahədə vəziyyətin yaxşılaşdırılması beynəlxalq təcrübə əsasında müvafiq qanunvericilik aktlarında zəruri dəyişikliklərin aparılmasını vacib edir”, - deyə palata sədri qeyd edib.

U.A.


Digər xəbərlər

0.30321502685547