Mərkəzi Bank valyuta hərraclarının sayını azaldıb

12:05 30-01-2017 | icon 6717
Mərkəzi Bank valyuta hərraclarının sayını azaldıb

Azərbaycan Mərkəzi Bankı (AMB) həftə ərzində keçirdiyi valyuta hərraclarının sayını 3-dən 2-yə endirib. 

Oxu.Az xəbər verir ki, “Report”un bank dairələrindən aldığı məlumata əsasən, indiyədək həftənin I, III və V günlər keçirilən valyuta hərracları bu həftədən etibarən iki dəfə - II və IV günlər təşkil olunacaq. 

Bununla yanaşı, AMB depozit hərraclarının sayı həftədə 2 dəfəyə çatdırılıb. Belə ki, əvvəllər yalnız I günlər keçirilən hərraclar artıq III günlərdə təşkil ediləcək.

U.A.


Digər xəbərlər

0.28625106811523