İslam Həmrəylik Oyunlarının belə yüksək səviyyədə keçirilməsi Azərbaycanın böyük qələbəsidir.
"İslam Həmrəylik Oyunlarının belə yüksək səviyyədə keçirilməsi Azərbaycanın böyük qələbəsidir." Bu sözləri Azeripress.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov deyib.
Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin də üzvü olan federasiya rəsmisi qeyd edib ki, insanların yarışlarda ruh yüksəkliyi ilə aktiv iştirakları da ölkədə qələbəyə, cənab Prezidentə olan son dərəcə yüksək inamın əyani sübutudur.
"Bugün əldə olunan nəticələr həm qızıl medalların sayına, həm digər əyarlı medalların sayına görə bir daha göstərdi ki, Azərbaycan bütün istiqamətlərdə dünyanın lider ölkələri sırasında çox inamlı şəkildə irəliləyir. Xalqımız da bugün belə nəticələrlə, inkişafla qürur duyur. Bundan sonra da ölkə rəhbərimizin ətrafında sıx birləşməklə daha böyük uğurlar qazanılacaq."
Qeyd edək ki, İslam Həmrəylik oyunları çərçivəsində keçirilən boks yarışlarında yığmamız 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Ümümilikdə isə Azərbaycan idmançıları aktivlərinə 75 qızıl, 50 gümüş, 36 bürünc yazdırmaqla oyunları birinci yerdə başa vurublar.
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...