Azərbaycanda siqaret çəkən yeniyetmələrlə bağlı statistika açıqlanıb

12:51 30-01-2017 | icon 4673
Azərbaycanda siqaret çəkən yeniyetmələrlə bağlı statistika açıqlanıb

Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin siqaret çəkməsi ilə bağlı statistika açıqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Tofiq Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3%-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6%-i 10 yaşadək bunu edib.

“Yeniyetmələrin 28,8%-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər”, - deyə şöbə müdiri qeyd edib.

A.M.


Digər xəbərlər

0.25906682014465