Bakının mərkəzində onlarla obyekt özəlləşdirilir – SİYAHI

13:36 30-01-2017 | icon 7150
Bakının mərkəzində onlarla obyekt özəlləşdirilir – SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi 28 fevral 2017-ci il tarixinə yeni hərrac elan edib.

Oxu.Az komitəyə istinadən xəbər verir ki, bu hərraca ümumilikdə 75 dövlət əmlakını özəlləşdirmək təklif olunur. Vətəndaşlar hərraca çıxarılan 20 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisəsi, 25 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikilini özəlləşdirə bilər.

Hərraca çıxarılan obyektlərin özəlləşdirilməsi ilə bağlı sifariş vermək üçün komitənin “privatization.az” portalında elektron keçid aktivdir: http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1287

Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Səbail, Xəzər, Nəsimi, Sabunçu və Suraxanı rayonları, Şəki, Mingəçevir, Sumqayıt şəhərləri, Şirvan, Ağdaş, Lənkəran, Quba, Yardımlı və Neftçala rayonlarında yerləşir.

Ən yüksək satış qiyməti ilə təklif olunan kiçik dövlət müəssisələri Səbail rayonundakı 11 saylı yanacaqdoldurma məntəqəsi, Nəsimi rayonundakı 7 saylı atelye və Xəzər rayonundakı “Mərdəkan” restoranıdır. Birinci əmlak 598 min 500 manata, digər iki əmlakın hər biri 540 min manata təklif olunur.

Özəlləşdirilməsi təklif olunan qeyri-yaşayış obyektlərinin hamısı paytaxtın müxtəlif rayonlarında yerləşir. Nərimanovda 6, Xətaidə 5, Yasamalda 4, Nizamidə 4, Nəsimidə 3, Binəqədidə 2, Səbaildə 1 obyekt hərraca çıxarılıb. Bu əmlakların sırasında ən yüksək qiymət təyin olunmuş əmlak Səbail rayonundakı qeyri-yaşayış sahəsidir.

Adıçəkilən obyektə 720 min ilkin satış qiyməti təyin olunub. Nizami rayonundakı qeyri-yaşayış binasını özəlləşdirmək istəyən iddiaçılar isə hərrac zamanı əmlaka qoyulmuş 215 min manat start qiymətindən yuxarı qiymət təklif etməli olacaqlar.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

U.A.


Digər xəbərlər

0.27691292762756