Dünyaya səs salan IV İslam Həmrəyliyi Oyunları möhtəşəmliyi ilə tarixə qızıl hərflərlə yazıldı

09:30 25-05-2017 | icon 5132
Dünyaya səs salan IV İslam Həmrəyliyi Oyunları möhtəşəmliyi ilə tarixə qızıl hərflərlə yazıldı

Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması islam dünyası tərəfindən böyük rəğbətlə qarşılanır.

 

Bu gün böyük fəxr hissi ilə deyə bilrərik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzdir. Ölkəmizin müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi ona olan inamın, etimadın göstəricisidir. Bu reallığı da böyük inamla qeyd edirik ki, Azərbaycan beynəlxalq aləmdə  idman ölkəsi kimi də nüfuz qazanıb və tanınır. Ölkəmizdə yüzlərlə  beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Avropa Olimpiya Komitəsinin  2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi barədə qərarı  təsadüfi deyildi. Bu qərar Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən tanınmasının bir daha təqdimatı oldu. Bu il isə ölkəmiz  növbəti  idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı  müvafiq qərar İslam Həmrəyliyi İdman Federasiyasının  2013-cü il iyulun 21-25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında səsvermə yolu ilə təsdiq olunmuşdur. İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçirilən,   İslam Əməkdaşlığı Təşkilatına  daxil olan ölkələri bir araya gətirən idman tədbiridir.Keçirilən hər bir tədbir Azərbaycanın malik olduğu imkanların təqdimatında, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir.  57 ölkəni təmsil edəcək  6 mindən çox idmançının hər biri Azərbaycan reallıqları ilə yaxından tanış olmaq, ölkələrində bunu təbliğ etmək imkanı əldə edəcəklər. Əbəs yerə deyilmir ki, idman eyni zamanda siyasətdir. Keçirilən idman tədbirləri, yarışlar əlaqələri yaxınlaşdırır, eyni zamanda əldə olunan qələbələr iştirakçı ölkələrin nüfuzuna, tanıdılmasına bir töhfə olur. Yüksəklərdə dalğalanan bayraqlar, səsləndirilən dövlət himniləri bir təqdimatdır. Cənab İlham Əliyev bildirir: “Bu Oyunlarda  57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində  bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.”

Dünyaya səs salan, Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna öz müsbət təsirini göstərən ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili IV İslam Həmrəyliyi  Oyunlarının da möhtəşəm keçirildiyini bir daha nümayiş etdirdi. Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı bu əminliyi reallığa çevirilidi. Onun ilk Avropa Oyunları vəIV İslam Həmrəyliyi  Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili fonunda  Azərbaycan reallıqlarının təbliğinə verdiyi töhfələr hələ uzun illər müzakirə olunacaq. Bu kimi qürurverici hadisələr göstərir ki, Azərbaycan hər bir tədbiri mahiyyətinə və devizinə uyğun  yüksək səviyyədə təşkil etmək imkanlarına malikdir.

İdman ölkəsi kimi bütün dünyada şöhrət tapan Azərbaycan 2017-ci ildə islam ölkələrinin idman ictimaiyyətinə ev sahibliyi etməklə beynəlxalq idman arenasına daha bir tarixi səhifə yazdı. Bu, müsəlman xalqlarının idman və tərəqqi mədəniyyətinin birlikdə nümayişində tarixi şansı yaradıb. Əminliklə deyə bilərəm ki,böyük imkanlara və təcrübəyə malik olduğu üçün Azərbaycan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında heyranedici nəticələr qazana bildi.
Bu gün dünyada islama qarşı yalnış baxışlar var. İslam sülh, əslində, qardaşlıq dinidir və gözəlliyi, doğruluğu təqdim edir, pisliyi, yanlışlığı, çirkinliyi isə, əsla, aşılamaz. Onlardan uzaq durmağı tövsiyə edən din gənclər arasında da birliyin və həmrəyliyin daha da gücləndirilməsinə öz töhfələrini verir. Dünyaya birgəyaşama mədəniyyətini, tolerantlığı, irqi və dini ayrıseçkiliyə yol verməməyi mesaj olaraq göndərən Azərbaycanda bu cür oyunların keçirilməsi son dərəcədə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda tolerantlıq və multikultural dəyərlərinin müasir cəmiyyətdə müdafiə olunması üçün görülən tədbirlərin nəticəsidir ki, bu gün Bakı dialoq üçün unikal geosiyasi məkana çevrilib. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları islamın fəzilətini bir daha dünyaya bəyan etdi.  Bu addımlar birlik və insanların həmrəyliyi yolunda mühüm əhəmiyyət kəsb edir. Bu birlik nə qədər möhkəm olarsa, islam dünyasına xarici qüvvələr də təcavüz edə bilməz.
İslam həmrəyliyinin gücləndirilməsi məqsədilə Azərbaycan dövləti, ardıcıl olaraq, məqsədyönlü siyasət yürüdür. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və düşünülmüş siyasətinin məntiqi davamıdır. “İslam Həmrəyliyi İli” ilə bağlı imzalanan bu Sərəncam Cənab İlham Əliyev tərəfindən Azərbaycanın islam ölkələri arasında artan nüfuzunu daha da gücləndirərək, ümumilikdə, bütün dünyaya həmrəylik mesajı verdi. Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması islam dünyası tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan müstəqil dövlət siyasəti həyata keçirir və öz milli-mənəvi dəyərlərini qoruyur. Ölkənizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu birgəyaşayış başqaları üçün nümunədir
Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin məntiqi olaraq həyata keçirilən bu hadisə Azərbaycanda tolerantlıq, multikultural dəyərlərə olan münasibətdən xəbər verir.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının təşkilatçıları Azərbaycan xalqı üçün böyük bir idman bayramı təşkil etməyə çalışmışlar. Bu, hamının ürəyindən olan bayrama çevriləcək.

Azərbaycanda “İslam Həmrəyliyi ili”ndə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə Ölkəmiz bütün müsəlman aləmində idman əlaqələri ilə yanaşı, digər sahələrdə də dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edən bu tədbiri öz tarixinə növbəti zəfər səhifəsi kimi yazıldı. Bu cür Oyunlar müsəlman ölkələri idmançılarının həmrəyliyinin, onlar arasında qarşılıqlı anlaşma və əlaqələri daha da möhkəmləndirmək səylərinin təntənəsinə çevriləcək.

“Bakı–2015” birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili ilə ad çıxaran Azərbaycan indi “Bakı–2017” İslam Həmrəyliyi Oyunlarına da layiqincə ev sahibliyi edərək. Prezident İlham Əliyevin dediyi kimi, IV İslam Həmrəyliyi Oyunları çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman ölkələrinin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar…

İslam Həmrəyliyi Oyunlarının rəmzi  sudur. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Su  həyat deməkdir. Təbiət və  insan  susuz yaşaya bilməz. Azərbaycan  füsunkar təbiətə malik  bir ölkədir… bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun.”

 

İlqar Ağabəyov

Salyan rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdir

Digər xəbərlər

0.2853729724884