Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı seçildi

13:13 25-05-2017 | icon 5029
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşısı seçildi

Qətərin paytaxtı Doha şəhərində Dünya Stadionlar Konqresi keçirilib.

Azeripress.az-ın məlumatına görə, tədbirin sonunda dünyanın ən yaxşı stadionları müxtəlif nominasiyalar üzrə təltif edilib. Bakı Olimpiya Stadionu "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülüb. BOS-un tikintisində iştirak edən "Tekfen İnşaat", "Heerim Memarlıq və Planlama" da təbrik edilib.

Tədbirdə müxtəlif kateqoriyalar üzrə Moskvada yerləşən  "VTB Arena", "Barselona" klubunun ev oyunlarını keçirdiyi "Kamp Nou", Aşqabad Olimpiya Stadionu və BƏƏ-nin "Həzza Bin Zayed" stadionu mükafata layiq görülüb. Səsvermənin münsifləri məşhur tikinti eksperləri Filip Herpel, Mark Fenvik və Kris Dayt olub.


Digər xəbərlər

0.28936791419983