Qaradağ: Sürətli inkişafa obyektiv baxış

15:26 30-01-2017 | icon 5442
Qaradağ: Sürətli inkişafa obyektiv baxış

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. 

Düzdür, məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Sülüyman Mikayılovun uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Sülüyman müəllim haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq. 

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazmaq yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.


Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovu əvəz edə bilməz. 

Yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

 Süleyman Mikayılov yüksək insanlığı ilə seçilən bir insan və icra başçısıdır. O, idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Süleyman müəllim  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir. Bunun sirri onun çoxsahəli peşəkar olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Süleyman müəllimin  gərgin əməyi və zəhməti sayəsində Qaradağ rayonu sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Onun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Qararadağda əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Azeripress-in elektron poçtuna ünvanlanan məktublarda İcra Hakimiyyətinin başçısının fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.

Bəzi media orqanları isə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə, icra başçısı təyin olunandan bəri rayonda bir çox uğurlu layihələrə imza atan başçı barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Odur ki, belə əsassız məlumatları yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.


Digər xəbərlər

0.29770588874817