Ukraynadan göndərilən taxılın Azərbaycana girişi qadağan edilib

15:26 30-01-2017 | icon 6886
Ukraynadan göndərilən taxılın Azərbaycana girişi qadağan edilib

Ukraynadan Azərbaycana göndərilən 67 ton bişməmiş taxıl ölkəyə təyinatı üzrə çatdırılmayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Report “Vesti Kavkaza” saytına istinadən məlumat verir.

Məlumara əsasən, Rusiya-Azərbaycan sərhədində Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidmətinin Dağıstan bölməsi Ukraynadan Azərbaycana göndərilən taxılı sərhəddə saxlayıb.

Qurumun məlumatına görə, yük fitosanitariya yoxlanışını keçməyib. Məhsulun keyfiyyət sertifikatının vaxtı isə bitib.

Bununla əlaqədar, Ukraynadan göndərilən bişməmiş taxılın Azərbaycana girişi qadağan edilib.

N.О.


Digər xəbərlər

0.30162906646729