Məcburi köçkünlərin 24 illik “QAZ” həsrəti – 11 nəfərlik ailənin böyük dərdi – VİDEO
Orucovlar ailəsi əslən Ağdamın Qiyaslı kəndindəndir. Kəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından sonra Bərdəyə pənah gətiriblər. Əvvəllər çayxana kimi fəliyyət göstərən binada məskunlaşıblar.
Ailə üzvləri deyir ki, binada təbii qazın olmaması onların həyat şəraitini daha da çətinləşdirirb. Xörək bişirmək üçün ya elektrik plitələrindən, ya da odundan istifadə etmək məcburiyyətindədirlər. Qışda isə tavanı və döşəməsi beton olan otaqları isitmək asan olmur.
11 nəfərdən ibarət ailə dövlətdən müavinət və pensiya şəklində aldıqları 800 manata yaxın pulun əsas hissəsini odun tədarükünə xərcləməli olur.
İttifaq dövründə sözügedən binaya təbii qaz verilib. Orucovlar ailəsi deyir ki, köhnə qaz borularının bir hissəsi indi də yararlı vəziyyətdədir. İllərdir binanın yenidən qazla təmin edilməsi üçün lazımi qurumlara yazılı və şifahi müraciət ediblər. Amma bu günə kimi müsbət nəticə əldə olunmayıb.
Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən bina bir vaxtlar rayonda fəaliyyət göstərən kolxozlardan birinin istirahət evi olub. Kolxoz dağılandan sonra isə həmin bina heç kim tərəfindən özəlləşdiriməyib. Və hər hansı təşkilatın balansında da deyil. Bu səbəbdən də binaya qaz çəkilməsi haqqında hansısa qurumun rəy verməyə səlahiyyəti yoxdur. Deməli, binanın sahibi tapılana qədər oradakı məcburi köçkünlər elektrik və odun sobaları ilə keçinmək məcburiyyətində qalacaq.
İstiPress
-
Sabahın havası açıqlandı
...
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib
...
-
Qubada iftar mərasimi təşkil olunub
...
-
Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açdı - Fotolar
...
-
Sabah 20° isti olacaq
...
-
Ekoloqlar internat məktəbinin şagirdləri ilə ağacəkmə aksiyası keçirib - FOTOLAR
...
-
Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
“IDEA” Sabunçuda “Bizim Həyət”in açılışını etdi - Fotolar
...
-
Uğurlu xarici siyasətin yeni təzahürü
...