Bakıda uşaq südəmər körpə ilə diləndirilir – VİDEO

16:14 30-01-2017 | icon 7383
Bakıda uşaq südəmər körpə ilə diləndirilir – VİDEO

Bakıda azyaşlı uşağın ürəksızladan görüntüləri yayılıb.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, paytaxt sakini bələkdə olan körpə ilə dilənən uşağı telefonuna çəkib.

Kadrlardan da göründüyü kimi, ana himayəsindən məhrum olan südəmər körpə qışın soyuğunda pul qazanmaq üçün alət kimi istifadə olunur.

Balaca uşaqları diləndirib insanların hisslərindən istifadə edərək pul qazananlar qanunla məsuliyyət daşıyır. Əgər belə bir halla rastlaşsanız, bunu çəkib ictimailəşdirə və ya dərhal polisə müraciət edə bilərsiniz.

A.M.


Digər xəbərlər

0.29223489761353