Peskov: Putin Trampla görüşməyə hazırdır

18:25 21-01-2017 | icon 8282
Peskov: Putin Trampla görüşməyə hazırdır

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni prezidenti Donald Trampla görüşməyə hazırdır.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov BBC-yə bildirib.

D.Peskovun qənaətinə görə, görüşün təşkili üçün bir neçə ay vaxt lazımdı.

“Bu görüş qarşıdan gələn həftələrdə olmayacaq. Gəlin ümid edək ki, görüş yaxın aylar  ərzində baş tutacaq. Şübhəm yoxdur ki, Putin bu görüşə hazır olacaq”.

A.S.


Digər xəbərlər

0.27282500267029