İş adamı haqqında yayılan məlumatalara aydınlıq gətirdi-FOTOLAR

14:39 05-06-2017 | icon 7428
İş adamı haqqında yayılan məlumatalara aydınlıq gətirdi-FOTOLAR
 

İyunun 3-də "MY BEACH" istirahət mərkəzində Hacı Məhərrəm Novruzovla bir qrup jurnalistin görüşü keçirilib. Görüşdə məqsəd son günlərdə Məhərrəm Novruzovun  rəhbərlik etdiyi "Qurtluş 93" Yaşayış Kompleksi  və onun özü haqqında Nazim Qəzənfərov tərəfindən edilən haqsız iftira dolu iddihamlara aydınlıq gətirmək gətirmək olub.

Mətbuat konfransını Məhərrəm Novruzovun rəhbərlik etdiyi şirkətlərin mətbuat və ictimaətlə əlaqələr şöbəsininin müdri Turqay Abbaslı açıb. O qeyd edib ki,Son zamanlar Azərbaycan mətbuatında dəqiqləşdirilməmiş çoxlu sayda yazılar dərc olunur. Təəssüf ki, bu yazılar bir çox hallarda şaiyə xarakteri daşıyır. Bəzən də bunlar günahsız insanların nüfuzuna xələl gətirməyə hesablanır. Yaxşı olar ki, hörmətli həmkarlarımız hər bir məsələyə diqqətlə və həssaslıqla yanaşsınlar. Son vaxtlar tanınmış iş adamı Məhərrəm Novruzov barəsində də bir neçə saytda bu tipli yazılar dərc edilmişdi.

Biz də bu məsələlərə aydınlıq gətirmək üçün bir mətbuat konfransı təşkil etməyə qərara gəldik. Həmdə konfransdan sonra səmimi ifrat sürfərindən sonra media mənsubu olan yoldaşlarla  yaxından tanış olmaq istədik.

Daha sonra jurnalistlərin qarşısına Hacı Məhərrəm Novruzov çıxıb. Yaranmış xoşagəlməz hadisədən təəssüfləndiyini bildirən iş adamı bu gün həqiqətin işıq üzü görməsi üçün təşrif buyuran jurnalistlərə öz minnətdarlığını bildirib. Daha cəryan etmiş olayın əsili mahiyyətini bizlərə açıqladı. İş adamı ilk öncə özü haqqında məlumat verməklə sözə başladı:

20 il əvvəl Bakıya gəldiyim zaman nə qalacaq, nə də yatacaq yerim olub. Çox əziyyətlər çəkmişəm. Özümün fədəkarlığımın, əlimin zəhmətinin sayəsində bu səviyyəyə yüksəlib qalxmışam. Əlimə imkan düşəndən, xeyirxahlıqla məşğul olmuşam. Etdiklərimin çoxunu demək istəmir. Edilən yaxşılıqları demək olmaz.

Amma müəyyən məsələləri öyrənməyə cəhd edirik. Cəhdimiz də müəyyən qədər alınır. Detallara varmasa da bəzi şeyləri deyir.

Çox insanlara əl tutmuşam, neçə imkansız ailənin övladının oxumasına köməklik edib, vətənin, millətin övladları üçün çox işlər görüb, onların oxumağı üçün öz vəsaitim hesabına bir orta məktəb, bir akademiya, Şabranda akademiyanın filalını, idmançılar üçün otel, biri 5000, o biriləri 3000, 15000 nəfərlik olan 3 idman meydançası tikdirərək uşaqlarımıza, millətin övladlarına hədiyyə etmişəm. Habelə, park salaraq uşaqların istirahəti, oynaması üçün bütün şəraiti yaratmışam.

Daha sonra Məhərrəm Novruzov Qəzənfər Novruzovla arasında yaranan mübahisədən bəhs edib.


Ölkə rəhbəri cənab İlham Əliyevin “İş adamlarımız gedib xaricə investisiya yatırsın, Azərbaycana valyuta gətirsinlər.”- deməsindən sonra, xarici ölkələrdən birinə gedərək iş qurmaq və Azərbaycana valyuta gətirmək qərarı veridim. Orada yaşayan etibarlı adam tapmağa çalışdım. Elə bu səbəbdən də yanımda işləyən işçilərdən biri onu Ukraynanın Lvov şəhərində yaşayan, işsiz və vəziyyəti ağır olan Nazim Qəzənfərovla tanış edib və deyib ki, ona iş versin, həm də savab olar. Məni onunla işləməyə inandırdı. Elə hər şey də bundan sonra başlayıb. Nazim Qəzənfərovun yol xərclərini qarşılayıb Azərbaycana gətizdirdim. Dedim ki, Ukraynada şirkət quraq və tikinti işləri ilə məşğul olaq. Bir yerdə işləyək. Bunun üçün əvvəlcə torpaq almaq, sonra isə tikinti işlərini aparmaq lazımdır. Nazimlə razılaşdıq.

Nazim Ukraynaya qayıtdıqdan sonra tikinti üçün lazım olan torpağın olması ilə bağlı mənə xəbər verib. Mən də  gedərək torpağa baxıb və bəyəndim. Nazim ona 100 min manat beh verməyin lazım olduğunu deyib və beləliklə həmin məbləği ödədim. Sənədin 2 ay müddətində hazırlanacağını bildiridi. Lakin aylar keçdi sənəd hazırlanmadı. Sonradan təklif edilib ki, sənədləşmə uzanır və buna görə də başqa bir yerdə də torpaq almaq lazımdır. Bu minvalla başqa bir torpaq da alınır və ilkin olaraq əlavə 150 min manat də ödənilir. Sonradan məndən müxtəlif sənədləşmə və iş adı ilə bir neçə dəfə küllü miqdarda pul alır. Tikintiyə başlanılır. Bir müddət sonra iş adamı hesablayır ki, verilən pulların miqdarına görə bu vaxta qədər həm torpaqlar tam alınıb sənədləşdirilməli, həm də binanın tikintisi qurtarmalı idi. Günlərin bir günü mənə zəng gəldi. Məlumat verildi ki, bəs Nazim Qəzənfərov Diasporanın müəyyən adamları ilə əlbir olub pulları sağa-sola xərcləyir, əvəzində isə heç bir iş görülməyib. Ukraynaya getdikdə isə tikilən binanın söküləcəyindən xəbər tuturam. Şəhər Meri ilə görüşürəm. Mer isə mənə bildirir ki, biz tikinti üçün 5 mərtəbəyə icaizə vermişik. Onlar isə texniki şərtdə saxtakarlıq edərək, sənədə özləri qol çəkib 8 mərtəbə tikiblər. Ona görə də binanın üç mərtəbəsi sökülməlidir. Baş verənlərlə bağlı Nazim Qəzənfərovdan soruşduqda o “narahat olma, özüm həll edəcəyəm”- deyərək məni arxayın edir. Əlavə olaraq şəhərin mərkəzində daha yaxşı torpaq sahəsi satıldığını bildirir. Bu dəfə də məni aldadır. Deyilənə görə alınan ərazi tarixi bir yerdir. Vaxtı ilə öldürülmüş Yəhudilər kütləvi şəkildə orada basdırılbmış. Torpaq sahəsini 50 minə alan Nazim Qəzənfərov məndən 350 min, sonra isə sənədləşmə üçün müəyyən məbləğ alır. Sonradan isə oranı qazarkən insan sümükləri çıxır və həmin yerdə tikinti aparmağa icazə verilmir. Bundan sonra iş adamı N.Qəzənfərovdan alınan bütün torpaqların və tikilən mülkün sənədlərini özünün yaxın adamlarından birinə təhvil verməyi və onun adına keçirməyi tələb edirəm. O, isə bir tərəfdən mülkləri vəkəlatnamə ilə mənim tapşırdığım adama verir, digər tərəfdən isə ondan xəbərsiz vəkalətnamələri natarusda yenidən ləğv elətdirir və müxtəlif bəhanələrlə sənədləşmə işini yubadır. Bəzi mülkləri isə gizli olaraq həyat yoldaşının adına keçirərək, mənim öz malımı özümə satmaq istəyir. N.Qəzənfərov tikilmiş binaların arasında yerləşən villalardan birini öz adına sənədləşdirir və “kupça” çıxardır. Sənədlərin düzgün təqdim olunmadığını, müxtəlif saxtakarlıqla mülklərinin mənimsədiyini gördüyüm zaman N.Qəzənfərovdan bunun səbəbini soruşuram. O, isə mənim ona 30 min borclu olduğumu bildirir.
Mən isə deyirəm ki, səninlə işlədiyim müddətdə sənə ofis tutub, yüksək əməkhaqqı ödəyib, ev və avtomaobil verimişəm. Bunu ona görə etmişəm ki, sağlam iş görsün, amma o, heç bir işi sağlam görməyib. Hətta tikdirdiyi evlər belə uçub tökülür. Üst-üstə N.Qəzənfərov mənə 2 milyon dollara yaxın pul atıb.
Əvvəlcə hüquqi yola baş vurmaq istəmədim. Düşünüb ki, ayıbdır, yerlidir, yəqin ki, borcunu qaytarar.
Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, N.Qəzənfərov mənə taxta-şalban göndərib. Bu dəfə də məni aldadaraq nə az-nə çox, bir milyon dollar ziyana salıb. Göndərdiyi taxta-şalban yaş olduğu üçün taxtada çatlar əmələ gəlib, qurd düşüb. Yararsız halda olub. Mütəxəsislər isə taxta-şalbana baxaraq onun dərmanlanmadığını bildiriblər. Həmin mallar hələ də qalır.



İş adamı bir daha qeyd etdi ki, haqqında mətbuatda yazılanların heç bir əsası yoxdur. Bunlar onu gözdən salmağa xidmət edir. “Güya ki, onun təhdid edirəm, qardaşını polisə vermişəm, ölümlə hədələyirəm. Bunların heç biri olmayıb. Qardaşı ilə də telefonla əlaqə saxlamışam. Deyir ki, belə bir şey olmayıb. İstəyirsinizsə telefon nömrəsini verim siz də əlaqə saxlayıb, soruşa bilərsiniz”-deyə iş adamı bildirdi.
Sonda Məhərrəm Novruzov hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirdi ki, vətənin, millətin övladları üçün gördüyü bu işlərin müqabilində ailə-uşağını baxımsız şəkildə atıb gedən bir saxtakar, dələduz öz layiqli cəzasını almalıdır.

Bundan sonra Məhərrəm Novuzov ümumilikdə öz biznesi və görüdüyü işlər barəsində jurnalistlərin suallarını cavablandırıb.

    
"Bağçalı Evlər MTK" 2006-cı ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir.
    
Şirkətimiz fəaliyyətə başladığı dövrdən daim güvənlik və mütərəqqilik prinsipi ilə işləməkdədir. Tikinti və təmir sektorunda qabaqcıl dünya ölkələrinin yeniliklərinin yerli tikintilərdə tətbiqi sayəsində şirkətimiz daim öz lider mövqeyini saxlayır və gündən-günə daha da möhkəmlənir. Mütəxəsislərimiz istər klassik, istərsə də modern üslubda ən son yeniliklərin və dəbin yüksək peşəkarlıqla tətbiqini həyata keçirirlər.
    
"Bağçalı Evlər MTK" tərəfindən ərsəyə gətirilən “Qurtuluş-93” Yaşayış Kompleksi Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı şosesinin qərbində, İstiqlaliyyət küçəsində yerləşir. Yaşayış Kompleksi 1 və 2 girişli çoxmərtəbəli yaşayış binalarından ibarətdir. Burada I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən 3 №li tam orta məktəb və "Şən yuva" uşaq bağçasının açılışı həyata keçirilmişdir. Bununla yanaşı    "Şən yuva" uşaq əyləncə mərkəzi, "Qurtuluş 93" parkı, "Qurtuluş 93" hazırlıq kursları, "Masazır Qastrontoloji" klinika, "Yeni Saray" şadlıq sarayı, "New City" hotel,  supermarketlər, ailəvi restoranlar, türk hamamı, idman zalları, üzgüçülük hovuzu, oxu zalı, ailəvi istirahət güşəsi, ərzaq və müxtəlif növ mağazalar sakinlərin ixdiyarın verilmişdir. Hal-hazırda "Bağçalı Evlər MTK"  tərəfindən tikilən və 2017-ci ilin sentyabr ayında istifadəyə veriləcək 2000 yerlik tam orta məktəbdə son hazırlıq işləri gedir.
    
"Bağçalı Evlər MTK"  yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir. "Bağçalı Evlər MTK" əsasən çoxmərtəbəli yaşayış binalarının tikintisini təşkil etməklə bərabər "Əlincə" idman klubunun, "Əlincə" futbol komandasının, 2014-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının açılışını həyata keçirtdiyi 15000 yerlik "Əlincə Arena" stadionunun və təsislərinin, Şabran rayonunda "Əlincə" futbol klubunun təlim məşq zonasının yaradılmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır.
    
Avropa və milli mətbəximizin kulinariya inciləri, Respublikada analoqu olmayan böyüklükdə çimərlyi,  möhtəşəm və irihəcmli böyüklər üçün atraksionlu hovuzu, eyni zamanda kiçiklər üçün əyləncə hovuzu, gəzinti hovuzu, surfing üçün dalğa hovuzu, uşaqlar üçün əyləncə parkı, hər cür şəraitlə təmin olunan kotejləri, aramsız calı muqisi, çimərliyin hər yerindən görünən konsert səhnəsi ilə əsl əyləncə həzzi yaşadan, palma ağacları və növbənöv güllərlə bəzənmiş, Xəzərin sahilində klassik və modern üslubda dizayn olunmus incənət nümunəsi olan  "MY BEACH" hotel və restoranı da  şirkət rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilərək şəhərimizin sakinlərinin xidmətinə verilmişdir.
    "
Bağçalı Evlər MTK" bütün bu layihələri həyata keçirərkən çoxlu iş yerləri açmış və insanları işlə təmin etmişdir.

 Baş tutmuş görüş iftar süfrəsi ətrafında Hacı ilə jurnalistlərin səmimi söhbəti əsasında sona yetib.

  Azeripress.az



Digər xəbərlər

0.30106019973755