Xaricdən gətirilən meyvələr neçəyədir? – QİYMƏTLƏR
Sərt qış fəslini yaşamağımıza baxmayaraq, bazarda mövsümə uyğun olmayan meyvələrin çeşidi göz oxşayır. Damaqların dadını dəyişən meyvələr çeşid-çeşid piştaxtaları bəzəyir.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, çiyələyin 250 qramı 5 manat, alçanın bir dənəsi isə 8-10 manat arasında dəyişir.
Mini bananın kiloqramı isə 35 manatdır. Həcmcə çox kiçik olmasına baxmayaraq, dadlıdır, tərkibi bol vitaminlərlə zəngindir.
Ümumiyyətlə, paytaxt bazarlarına ekzotik meyvələrin çoxu Cənubi Amerikadan gətirilir.
Bazarda adına və özünə ilk dəfə rast gəldiyimiz meyvələr də oldu. Karambola, marakuya və manqustinin kiloqramı 35 manata, moruq, böyürtkən, qaragilənin bir qabı 10 manata təklif olunur. Sarı qreypfrutun kiloqramı 7 manata satılır.
Satıcılar iddia edir ki, qışda isti ölkələrdən Azərbaycana gətirilən meyvə və giləmeyvələr xüsusi şəraitdə saxlanılır: “Meyvələr gətirilərkən onların üzərindəki sənədlərdə saxlanma şəraiti ilə bağlı məlumat olur. Biz də ona uyğun olaraq soyuducularda temperatur müəyyənləşdirib saxlayırıq”.
Kakamid kokosun soyulmuş forması xüsusi qablaşdırılıb və bir ədədinin qiyməti 10 manatdır. Altun çiyələk, yemiş, qarpız və daha nələr, nələr...
Heç yayda belə bu gözəllikdə gilasa rast gəlmək olmaz. Vətəni Çilidir. Orda hazırda yay fəsli olduğundan, gilasın mövsümüdür. Kiloqramı 70 manata satılır. Yeyib dadına baxdıq. Çox dadlıdır.
Bir sözlə, bazar və dükanlarda hər mövsümdə müxtəlif ekzotik meyvələri tapmaq olur. Bu meyvələrin müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, əks-göstərişləri də var: “Bir çox hallarda bazarda məhsulların maya dəyəri çox olmasın deyə, meyvələr kimyəvi parafindən istifadə edilərək saxlanılır. Belə olan halda bu meyvələr bazar və supermarketlərdə 12 ay müddətində tər və gözəl görünə bilir.
İstənilən halda mövsümdən kənar meyvə yemək həkimlər tərəfindən qadağan edilir. Çünki, onun tərkibindəki stabilizatorlar, konservatorlar və qatqılar mədə-bağırsaq sistemində bir çox xəstəliklərin, allergiyanın və mədən bağırsaq pozuntularına yol açır”.
Odur ki, bu qiymətlərlə hazırda meyvə yeməyiniz çətin olsa da, heç olmasa, mövsümündə yerli meyvələrimizdən doyunca qidalanın ki, o biri mövsümə kimi səbr edə biləsiniz.
U.A.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...