Bakıda çoxmərtəbəli binada yanğın olub: Sakinlər tüstüdən zəhərlənib

10:08 31-01-2017 | icon 5416
Bakıda çoxmərtəbəli binada yanğın olub: Sakinlər tüstüdən zəhərlənib

Bu gün Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib.

Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

A.M.


Digər xəbərlər

0.24696803092957