Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

10:50 31-01-2017 | icon 5177
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

“Azərbaycanda fevralın 2-dən etibarən yağıntıların kəsiləcəyi gözlənilir”.

Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün və sabah da davam edəcək:

“Fevral ayının 2-si gündüz əksər rayonlarda, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxt Bakıda və Abşeron yarımadasında da bu gün və sabah yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə intensivləşəcək. Fevralın 2-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Direktor müavininin sözlərinə görə, bu gün müşahidə ediləcək havanın minimal temperaturu 0-4 dərəcə şaxta, günorta saatlarında isə arabir 0-2 dərəcə isti olacaq: “Bu gün səhər saatlarından etibarən ölkə ərazisində qar yağmağa başlayıb. Qarın gün ərzində yağacağı gözlənilir, bəzən intensivləşəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək”.

A.M.


Digər xəbərlər

0.23931193351746