Azərbaycanda 2 yeni film çəkilir - FOTOLAR

11:49 12-06-2017 | icon 3633
Azərbaycanda 2 yeni film çəkilir - FOTOLAR

 Azərbaycanda daha iki film çəkilir. Bu barədə Azeripress.az-a şoubiznesin taninmiş rejissoru İsrafil Azəri məlumat verib. Rejissor yeni çəkəcəyi filmlər haqqında da ilk dəfə Azeripress.az danışıb.

"Çox yaxında yeni filmin çəkilişlərinə start verirəm. Film kriminal, sevgi, ehtiras, humanizm, yardımsevərlilik sahələrini əhatə edən Təhlükəli Oyun cinayətin izində adını daşıyacaq. Bundan əlavə Qızıl Gül adlı başqa bir filmin də ssenarisi hazırdı. Baş rollarını 2000 nəfər içindən seçdiyimiz, Türkiyənin məhşur Kara Sevda serialında rol alan Kamal və Nihanın Azərbaycandan olan oxşarları ifa edəcək. Film melodrama janrında olacaq. Film olduqca romantik məqamları əhatə edəcək. Belə ki, bütün kütlə göz yaşlarına qərq olacaq. Yəni o qədər duyğusal bir filmdir. Tamaşaçılarımız Bu günə qədər əcnəbi istehsalı filmlərə baxırdılar, indi isə öz istehsalımız olan filmləri marağla izləsinlər."

 

 

 


Digər xəbərlər

0.23131513595581