"Topaz"bədbəxtçiliyi davam edir: 2 manata görə faciə - ŞOK TƏFƏRRÜAT - FOTOLAR
“Topaz” mərc oyunları məntəqəsində növbəti dəfə qan düşüb.
Azeripress.az xəbər verir ki, Ağa Nemətulla 35 ünvanında yerləşən məntəqəyə müştəri kimi gələn Nəcəfli Ülvi Fərhad oğlu satıcı Yusifzadə Fərid Fazil oğlunu bıçaqlayıb.
Əməkdaşımızın əldə etdiyi özəl məlumata görə, bıçaqlanmaya səbəb 2 manatlıq kupon olub. Belə ki, 23 yaşlı satıcı 1990-cı il təvəllüdlü müştərinin kuponunu səhv vurub. Nəcəfli Ülvi isə bunu sərt qarşılayıb. Nəticədə, tərəflər arasında mübahisə yaranıb. Satıcını məntəqədən bayıra dəvət edən müştəri, yaranan mübahisə nəticəsində Yusifzadə Fəridə 4 bıçaq zərbəsi endirib.
Zərərçəkən şəxs dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Əldə etdiyimiz məlumata görə, onun vəziyyəti normaldır və sabah evə buraxılacaq.
Nəcəfli Ülvi isə polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.(Yenicag.az)
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...