ATV-nin “Yoxlama”sından növbəti qalmaqal – VİDEO
ATV-nin “Yoxlama” verilişinin növbəti buraxılışı “Papa Johns”da yoxlama aparıb.
Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, aparıcı Azər İsmayılov və çəkiliş heyətinin restoranın mətbəxində çəkiliş aparması etirazla qarşılanıb. Lakin bütün bunlara baxmayaraq, aparıcı zorla mətbəxə daxil olub. Bundan sonra ətlərin və tərəvəzlərin saxlandığı soyuducu kameraya daxil olmaq istəyən çəkiliş qrupu işçilərin müqaviməti ilə qarşılaşıb.
Bundan sonra restoran əməkdaşları ilə az qala əlbəyaxa davaya çıxan aparıcı “Papa Johns”u tərk edib. Aparıcının sözlərinə görə, bir qədər sonra isə restoran rəhbərliyi hadisə yerinə silahlı basqın edildiyini söyləyərək polis çağırıb. Polislər bildirib ki, onlara silahlı basqın xəbəri verilib.
Hüquq-mühafizə orqanı əməkdaşları polisə yalan informasiya verdiyinə görə araşdırma aparılacağını və müvafiq tədbirlərin görüləcəyini bildiriblər.
Verilişin qalmaqallı növbəti buraxılışından olan kadrları təqdim edirik.
A.S.
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...