Ayaz Mütəllibov sükutu pozdu: Eks Prezidentdən VİDEO AÇIQLAMA

01:34 19-06-2017 | icon 8035
Ayaz Mütəllibov sükutu pozdu: Eks Prezidentdən VİDEO AÇIQLAMA

"Fuad Musayevlə bağlı çox müsbət xatirələrim var. Ancaq o qədər düşünmürdüm ki, onunla vidalaşmaq bu günlərə gəlib təsadüf edəcək". Azeripress.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov AFFA-nın ilk prezidenti Fuad Musayevin dəfn mərasimində əmkdaşımıza verdiyi açıqlamasında bildirib.

Bu gün AFFA-nın sabiq prezidenti Fuad Musayevin dəfn olunmasında iştirak edən sabiq dövlət başçısı mərhumla bağlı xatirələrini bölüşüb: "Fuad Ənvər oğlu Musayev Azərbaycanın vətənpərvər insanı olaraq həmişə respublikamızı müdafiə edib. Zəhmətkeş insan olub. Onunla yaxın olmaq, yaxından dostluq etmək şəxsən mənim üçün böyük şərəf idi. Fuad Ənvəroviçlə uşaqlıqdan - 40-cı illərdən tanışıq. Musayev valideynlərinin qəbirlərinin yanında torpağa tapşırıldı. Allah rəhmət eləsin".

Xatırladaq ki, Moskavada 79 yaşında böyrək çatışmazlığından dünyasını dəyişən Musayev 1992-ci ildə AFFA-nın ilk prezidenti olub və həmin vaxt Azərbaycanın Prezidenti Mütəllimov idi.

 


Digər xəbərlər

0.24930310249329